Türkiyədə axtarışda olan mindən çox şəxs saxlanılıb
Türkiyədə 81 əyalətdə “Çember-7” adı altında keçirilən əməliyyat nəticəsində axtarışda olan 1034 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial mediada yazıb.
Nazir bildirib ki, 81 əyalətdə eyni zamanda keçirilən əməliyyatda 7 min 795 ekipaj və 24 min 483 əməkdaş iştirak edib: “4 min 158 mənzil və 4 min 348 yerdə axtarış aparılıb”.
Onun sözlərinə görə, 1034 nəfər saxlanılıb: “Onlardan 13-ü qətl, 342-si oğurluq, 239 xəsarət törətmək, 43-ü cinsi təcavüz, 54-ü qarət, 148 dələduzluq, 90-nı narkotik maddələrin qanunsuz ticarəti, 9-u silahlı terror qruplaşmalarına qoşulmaq, 2-si isə FETÖ-yə üzv olmaqda ittiham olunur”.
Naziri qeyd edib ki, saxlanılanlara arasında 20 ildən çox həbslə cəzalanan şəxslər də var.