azadses.az » Manset » Türkiyəli ekspert: “Hələ də FETÖ-nün vurduğu zərərlər aradan qaldırılır”

Türkiyəli ekspert: “Hələ də FETÖ-nün vurduğu zərərlər aradan qaldırılır”

“Türkiyə 7 ildir FETO beynəlxalq kəşfiyyat, terror və separatçı təşkilatının ölkəmizə vurduğu zərərləri aradan qaldırmağa davam edir”.

Bu fikirləri “Report”un Türkiyə bürosuna Yıldız Teknik Universitetinin müəllimi, iqtisadçı professor Cemal Zehir bildirib.

İqtisadçı deyib ki, Türkiyənin qətiyyəti sayəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizədə indiyədək tam 693 min 162 nəfər haqqında məhkəmə tədbiri görülüb:

“Onlara cinayət işi açılıb, haqlarında istintaq aparılıb. Hazırda 67 min 893 nəfər şəxs haqqında araşdırma var. 26 667 məhkəmə işi davam edir. İndiyədək 253 min 754 nəfər haqqında məhkəmə qərarı verilib və FETÖ tərəfdarı olmaqla 122 632 nəfər məhkum edilib. 97 137 nəfər də bəraət alıb. Hələ minlərcə FETÖ işi ilə bağlı məhkəmə prosesləri davam etməkdədir. FETÖ işi üzrə Türkiyə həbsxanalarında 15 530 nəfər saxlanılır. FETÖ hər yerdə idi. Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) hazırda xaricə qaçan, amma FETÖ ilə əlaqəli olan on minlərlə şəxsi axtarır. NATO-da önəmli vəzifə icra edən bir neçə generalımız bu hadisədən sonra ölkəmizə dönmədi. Xarici İşlər Nazirliyimizə də nüfuz etdiyinə görə xarici ölkələrdə səfir olan bəzi diplomatlarımız FETÖ hadisələrinə görə ölkəmizə qayıtmadılar. Türkiyə bu məsələlərlə bağlı 252 şəhid, 2500-dən çox yaralı, 300 milyard dollardan çox itki verdi”.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinə yeni təyin olunmuş nazir Ali Yerlikaya vəzifəsinin icrasına başladığı son 60 gündə FETÖ ilə bağlı 1020 əməliyyat keçirildiyini, 250 nəfərin həbs olunduğunu bildirib.

SSRİ dağıldıqdan sonra FETÖ təşkilatının türk respublikalarına da müdaxilə etdiyini vurğulayan Cemal Zehir onu da bildirib ki, hazırda da FETÖ türk dövlətləri üçün böyük təhlükədir: “FETÖ Azərbaycana da təhsil və biznes əlaqələri vasitəsilə nüfuz edib. Odur ki, Azərbaycan da bununla bağlı ciddi addımlar atmalıdır və atır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”