AP: Corc Floyd işinə görə həbs olunmuş sabiq polis bıçaqlanıb
Afroamerikalı Corc Floydun qətlində təqsirli bilinən və həbsdə olan keçmiş polis zabiti Derek Şovin bıçaqlı hücum nəticəsində yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Onun mənbələrinə görə, hücum edən şəxs də məhbusdur.
AP bildirib ki, ABŞ Federal Həbsxanalar Bürosu Şovinin cəza çəkdiyi islah müəssisəsində bıçaqlı hücum barədə məlumat verib, lakin qurbanın adını açıqlamayıb. Açıqlamada yaralı məhbusun xəstəxanaya aparıldığı da bildirilib.
Agentlik şərh sorğusunu Şovinin vəkillərinə və FTB-yə göndərib.
Xatırladaq ki, Şovin daha əvvəl 2020-ci ilin mayında Floydun qətlinə görə 22,5 il həbs cəzasına məhkum edilmişdi.