Neft Daşlarında neft platformasının istismara verilməsinin 74-cü ili qeyd edilir
Bu gün Azərbaycanın neft sənayesində tarixi mərhələnin - Neft Daşlarında dünyada ilk dənizdə neft platformasının istismara verilməsinin 74-cü ili qeyd edilir.
“Report” xəbər verir ki, 1949-cu ilin bu günündə 942 metr dərinliyindəki 1 nömrəli quyudan sutkada 100 ton neft hasil edilərək açıq dənizdə kəşfiyyat və hasilat işlərində yeni dövr açılıb.
Qeyd edək ki, Neft Daşları Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə, dənizin dibinə bərkidilmiş metal dirəklər üzərində tikilmiş unikal şəhər platformasıdır. Bu platformanın fəaliyyətə başlaması neftçi-geoloq Ağa Qurban Əliyevin, onun ardınca isə Yusif Səfərov və Mixail Kaveroçkin kimi digər öncüllərin adları ilə bağlıdır.