Məleykə Abbaszadə: "Yüksək bal toplayanlar bütün şəhər və rayonları təmsil edirlər"
- 20-10-2023, 16:11
- Manset / Mədəniyyət
"Yüksək bal toplayan tələbələr, demək olar ki, respublikanın bütün şəhər və rayonlarını təmsil edirlər".
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Heydər Əliyev və Prezident təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” adlı tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, təhsil sahəsində yüksək nailiyyətlər əldə edən tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şəraitin yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq ənənəsi bu gün də davam etdirilir.
DİM sədrinin sözlərinə görə, yüksək bal toplayan tələbələr demək olar ki, respublikanın bütün şəhər və rayonlarını təmsil edirlər: "Onlar arasında 52 nəfər regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən 14 nəfər kənd məktəbinin məzunlarıdır. İnanıram ki, ali təhsillərinə start nöqtəsi olaraq Prezident təqaüdçüsü kimi başlamağın özü uğurlu gələcəyin xəbərçisidir və onlar öz məqsədlərinə doğru inamla addımlaya biləcəklər".
Qeyd edək ki, müvafiq sərəncamla bu il ən yüksək bal toplayan 102 tələbə Prezident təqaüdünə layiq görülüb.