Son bir ildə dövlətə vurulmuş maddi ziyandan 34 milyon 226 min manat dövlət büdcəsinə ödənilib
Son bir il ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri üzrə 117 milyon 974 min manat məbləğində vurulmuş maddi ziyandan 34 milyon 226 min manat, həmçinin qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 4 milyon 696 min manat vəsaitin ödənilməsinə nail olunub.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, eləcə də 4 milyon 196 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub.
K.Əliyev qeyd edib ki, prokurorluq orqanlarında normayaratma və hüquq tətbiqetmə fəaliyyətinin həyata keçirilməsi üzrə də ötən bir il ərzində səmərəli işlər görülüb, Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə 7 sorğunun hazırlanaraq göndərilməsi, habelə Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 9 yazılı rəyin verilməsi təmin edilməklə konstitusiya icraatında iştirak edilib.