Türkiyə klubları avrokuboklarda tarixi rekorda imza atıblar
Türkiyə klubları avrokuboklarda tarixi rekorda imza atıblar.
“Report” xəbər verir ki, “Qalatasaray” UEFA Çempionlar Liqasında, “Fənərbağça”, “Beşiktaş” və “Adana Dəmirspor” isə UEFA Konfrans Liqasında göstərdikləri nəticələrlə bunu bacarıblar.
Belə ki, adı çəkilən komandalar qrupa qədər baş tutan mərhələlərdə ümumilikdə 20 qələbə qazanıblar. Avrokubok tarixində heç bir ölkə təmsilçiləri təsnifat mərhələlərində bu nailiyyətə imza ata bilməmişdilər.
“Fənərbağça” və “Beşiktaş” 6, “Qalatasaray” 5, “Adana Dəmirspor” isə 3 matçda qələbə qazanmağı bacarıblar. Bu komandalardan yalnız sonuncu avrokuboklarla vidalaşıb.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının, “Fənərbağça” və “Beşiktaş” isə Konfrans Liqasının qrup mərhələsində çıxış edəcək