“Qarabağ” rekordunu yenilədi
- 28-11-2021, 17:43
- İdman
“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” ilə matçdan (2:2) sonra avrokuboklarda yeni rekorda imza atıb.
“Azadsəs.az” xəbər verir ki, Ağdam təmsilçisi bir mövsümdə qrupda vurulan qol sayını 10-a yüksəldib. Bu, Azərbaycan futbolu tarixində ən yüksək göstəricidir.
İndiyədək olan rekord da “Qarabağ”a məxsus idi. Qurban Qurbanovun yetirmələri 2019/20 mövsümündə 8 qola imza atmışdı. Ötən tur bu rekordu təkrarlayan ağdamlılar bu dəfə göstəricini daha da yaxşılaşdırıb.
Qeyd edək ki, Azərbaycan klubları 11-ci dəfə qrupda oynayır. “Qarabağ” 8, “Qəbələ” 2, “Neftçi” 1 dəfə buna nail olub.