Ərdoğan: "Minlərlə şəhid verdik, amma nə terrora, nə də onu müdafiə edənlərə boyun əydik"
"Minlərlə övladımızı şəhid verdik, amma nə terrora, nə də terroru müdafiə edən imperialist qüvvələrə boyun əydik".
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"40 illik terrorla mücadilə təcrübəmizdən lazımi dərslər çıxararaq qurumlarımızı gücləndirdik. Hər cür müasir silah və sursatla təchiz edilmiş hərbi hissələr yaratdıq. Suriyada terrordan təmizlənmiş ərazilərə suriyalıların qaytarılmasını təmin etməklə yanaşı, sərhəd bölgəsində öz təhlükəsizliyimizi təmin edirik. Terrorçuların sığındığı nə qədər dağ, təpə, hin varsa, hamısını tək-tək təmizləyəcəyik. Tökdükləri qanların hesabını mütləq soracağıq", - deyə Ərdoğan vurğulayıb.