ABŞ-nin bir sıra ştatlarında koronavirusa yoluxma artıb
ABŞ-nin Nyu-York daxil olmaqla, bir sıra ştatlarında koronavirusa yoluxma hallarında artım qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə "New York Post" (NYP) nəşri məlumat yayıb.
Nəşr bildirib ki, Nyu-York ştatının Səhiyyə Departamentinin avqustun 2-nə olan məlumatına görə, COVID-19-a yoluxanların sayı əvvəlki həftə ilə müqayisədə 55% artıb. Qeyd olunur ki, ştatda gündə orta hesabla 824 insan virusa yoluxur.
Eyni zamanda, yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsi halları 22% artıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bir həftə ərzində ölkə daxilində 8 min nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
İnfeksiya hallarının artması immunitetin azalması ilə izah olunur.