azadses.az » Manset » "Prezident “Euronews”a müsahibəsində milli maraqlarımız baxımından mühüm mesajlar verdi" - RƏY

"Prezident “Euronews”a müsahibəsində milli maraqlarımız baxımından mühüm mesajlar verdi" - RƏY

"Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziyasına müsahibəsi bölgədə cərəyan edən son proseslər fonunda sülh gündəliyinə, Qarabağın erməni icmasının reinteqrasiyasına və üçüncü tərəflərin regionda situasiyaya təsirlərinə konseptual baxışın bir daha dəqiqləşməsi baxımından mühüm hadisədir".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

"Təbii ki, Azərbaycanın prioritetləri, niyyəti aydındır, lakin yeni reallıqları qəbul etmək istəməyən, regionda gərginliyin aradan qalxmasını arzulamayanlar üçün proseslərin hansı səmtdə inkişaf edə biləcəyi ilə bağlı cənab İlham Əliyev dünyanın 160 ölkəsində yayımlanan və 400 milyonluq auditoriyası olan bir platformada aydın yol xəritəsi cızdı. Diqqət yetiriləcək digər vacib məqam müsahibənin məkanı və dövlət başçısının məhz Şuşadan qalib kimi sərgilədiyi siyasi qətiyyət oldu. Azərbaycanın mədəniyyət paytaxtında, müsahibəyə fon olaraq Xan qızının - Natəvanın işğal dövründə, erməni vandalları tərəfindən dağıdılmış imarətinin xarabalığını seçməklə Prezident artıq bir neçə addım öndən başlayaraq prosesin idarəçiliyini ələ aldı. Dövlət başçısı göstərdi ki, daşa, divara, mədəni irsə, təbiətə qənim kəsilən bir düşmənlə üz-üzə qalmışıq və bu gün məhz bu adamları sülhə, birgəyaşayışa, əməkdaşlığa dəvət edirik", - o qeyd edib.

Milli Məclisin üzvü bildirib ki, müsahibənin məzmununa gəlincə, həm haqlı, həm güclü tərəf olması İlham Əliyevə imkan verdi ki, hər kəsi maraqlandıran, hətta dost olmayanların belə reaksiya gözlədiyi məsələlər üzrə açıq və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirsin: "İlk növbədə, dövlət başçısı müxtəlif manipulyasiyalarla bölgəyə “sülh” gətirmək istəyənlərə açıq mesaj verdi, "əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”. Yəni, Azərbaycan Prezidenti açıq formada dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, sülh prosesini ləngidən tərəf bəllidir və əgər həqiqətən kimsə regionun sabit əməkdaşlıq mühitinə çevrilməsində maraqlıdırsa, anlamalıdır ki, maneə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir. İkincisi, Azərbaycan sülh prosesinin özündə maraqlıdır, bu istiqamətdə bütün sağlam platformalar bizim üçün məqbuldur və Rusiyanın, yaxud Qərbin vasitəçiliyinin rəqabətə çevrilib-çevrilməyəcəyinə fokuslanmamışıq. Prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir. Amma, eyni zamanda, dövlət başçısı maraqlı görünən tərəfləri haqlı olaraq fakt qarşısında qoydu - Ukrayna və Gürcüstanda separatizmlə mübarizədə Qərbin necə birləşdiyini görürük, eyni mənşədən olan separatizmə son qoymaq üçün Azərbaycanın legitim istəyi isə sual altına alınır. Əlbəttə, bu, ən azı avropalı siyasətçilərin “Euronews”un qoca qitədəki 250 milyonluq tamaşaçısı önündə izah etməli olduğu ikili standartdır ki, möhtərəm Prezident böyük siyasi ustalıqla bu haqlı məsələni siyasi dövriyyəyə buraxdı".

Onun sözlərinə görə, heç şübhəsiz ki, “Euronews”u regionla bir daha maraqlanmağa təhrik edən səbəblərdən biri Laçın yolundakı vəziyyətə dair dünya gündəmini zəbt edən manipulyasiyalar idi: "Möhtərəm Prezident bu imkandan da milli maraqlarımızın təmin edilməsi naminə məharətlə istifadə etdi və əslində, sağlam düşünə bilən və manipulyasiyalara “fürsət” kimi yanaşmayan normal dairələr üçün yetərli cavab oldu. Mövqe isə çox sadədir, “sərhəd keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini asan şəkildə bu yoldan istifadə edib, iyunun 15-də Ermənistanın hərbi təxribatı araşdırılan zaman yol müvəqqəti bağlansa da, təkrar açılıb və Qırmızı Xaç Komitəsi də humanitar məqsədlərlə yoldan istifadə edir”. Hətta o qədər səviyyədə sərbəst formada istifadə edir ki, bu, BQXK-da o qədər özgüvən formalaşdırıb ki, onlar artıq qaçaqmalçılıq, beynəlxalq axtarışda olan şəxslərin proteksiya edilərək məsuliyyətdən yayındırılması kimi birbaşa cinayətkar qəsdlərə əl atırlar. Yaxud Azərbaycanın təmkinli davranışından BQXK sui-istifadə edərək hələ də Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə bağlı saxlayır və cənab İlham Əliyev də müsahibədə Azərbaycanın legitim tələbini bir daha dilə gətirməklə Qırmızı Xaç Komitəsini ifşa etdi".

Deputat əlavə edib ki, “Euronews”a müsahibənin məqamlarından biri də dövlət başçısının bölgədə yeni reallıqların yaradıcısı və qalib lider kimi Qarabağın erməni sakinləri və Ermənistan əhalisinə müraciəti oldu: "Çağırışda iki vacib istiqamət nəzərə çarpır: Birincisi, Qarabağdakı ermənilər ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Dövlət başçısı bəyan etdi ki, “Qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək”. İkincisi, Ermənistan erməniləri isə anlamalıdır ki, Azərbaycan sülh arzulayır. Ermənilər artıq reallıqların fərqinə vararaq hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etməlidirlər.

B.Məhərrəmov vurğulayıb ki, müsahibədə ən diqqətçəkən məqam isə artıq Azərbaycanın qalibiyyətinin qəbul edilməsi ilə bağlıdır: "Müvafiq sualdan da göründüyü kimi, 400 milyonluq auditoriyası olan “Euronews” Azərbaycan Prezidentini istisnasız qalib kimi çəkinmədən təqdim edir. Azərbaycan Prezidenti isə bu qalibiyyəti, əslində, beynəlxalq ədalətin bərpası, beynəlxalq hüquq prinsiplərinin bərqərar olunması prizmasına salır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?