“Şuşa regionun diplomatik paytaxtına çevrilir”
- 29-04-2022, 22:46
- Cəmiyyət
“Qarabağın tacı, işğaldan azad edilməsi ilə bir dastan yazan, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə səsləndirdiyi “Şuşasız bizim işimiz yarımçıq olar” fikirləri əsasında hər bir azərbaycanlı üçün önəmi aydın ifadə edilən Şuşa bir ildən artıqdır ki, azaddır".
"Azadsəs.az" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O bildirib ki, bu qısa müddətdə mədəniyyət paytaxtımız sürətlə dirçəldilir, qonaqlarını qarşılayaraq işğal dövründə nə qədər sındırılsa da əyilməməsindən, milli qürurumuzu qorumasından fəxr hissi ilə bəhs edir:
"Bütün bunlarla bir daha Azərbaycanın əzəli torpağı olduğunu dünyaya nümayiş etdirir. 28 illik işğal dövründə Şuşanın ona məxsus olduğunu iddia edən Ermənistan mədəni və dini abidələrimizi yerlə-yeksan etməklə nə qədər tarixi silməyə çalışsa da, bunun mümkünsüzlüyünün fərqində idi. Ən əsası dünya hərb tarixində bənzəri olmayan Şuşa əməliyyatından sonra kapitulyasiya aktına imza atan Ermənistan tarixi silməyin mümkünsüzlüyünü, Azərbaycan xalqının tarixinə sahib çıxan, yenilməz, məğrur xalq olduğunu bir daha dərk etdi. Şuşa bu gün müxtəlif beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi, sənədlərin imzalanmasına şahidlik etməklə təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mədəniyyət paytaxtı olduğunu sübuta yetirir. Eyni zamanda, böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Şuşa regionun diplomatik paytaxtına çevrilib. Ötən ilin 15 iyun tarixində - Milli Qurtuluş Günündə iki dost, qardaş ölkələr - Azərbaycan və Türkiyənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik edən Şuşa bu ilin martında Azərbaycan-BMT əlaqələrinin 30 illiyinə həsr olunan tədbirə ev sahibliyi etdi. Bunun ardınca aprelin 22-də dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız Şuşada Zəfər Qurultayına toplaşdılar. Aprelin 28-də isə mədəniyyət paytaxtımız Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq foruma ev sahibliyi etdi. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri forumun əhəmiyyəti həm müzakirə edilən mövzu, həm keçirildiyi məkan, ən əsası Azərbaycanın hazırda regionda və dünyada roluna aydınlıq gətirməsi baxımından diqqətçəkəndir.”
Vüqar Rəhimzadə vurğulayıb ki, beynəlxalq forumun iştirakçıları Şuşanın quruculuq və bərpası ilə bağlı “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzuları ətrafında müzakirələr aparıblar:
“Şübhəsiz, 20 ölkəni təmsil edən 50-yə yaxın beyin mərkəzlərinin nümayəndələrinin Şuşada belə aktual mövzuları müzakirə etmələri özündə böyük bir mənanı ehtiva edir. Bu baxımdan ki, hər bir iştirakçı ölkəsinin təmsilçisi olmaqla yanaşı, Azərbaycan həqiqətlərinin də təbliğatçısına çevrilir. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.
Aprelin 28-də mədəniyyət paytaxtımızda işinə başlayan və aprelin 29-da Bakıda davam edən beynəlxalq forumun ideyası ötən ilin aprelində Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranıb. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq Forumun keçirilməsini təklif etmiş və dövlət başçısı İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi. Aprelin 29-da ADA Universitetində keçirilən beynəlxalq konfransdakı nitqində Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki, bu cür ənənəvi görüşlər planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimizdə və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib. Bütün şəhər və kəndlərimiz vəhşicəsinə dağıdılıb.
Təbii ki, bu ağrılara, ermənilərin vəhşiliklərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra açılan yeni səhifə yeni reallıqları diktə edir. Azərbaycanın bu reallıqların dünyada qəbulu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir. Sülh gündəliyi günümüzün əsas müzakirə mövzusudur. Bu gündəliyin müəllifi olaraq Azərbaycanın mövqeyi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasına yönələn səylər təqdir edilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə bir araya gəlmələri, sonuncu görüşün nəticələrində ölkəmizin mövqeyinin dəstəklənməsi, Ermənistanın təklif etdiyimiz 5 prinsipi qəbul etməsi ərazi bütövlüyümüzü dəstəkləməsi də deyilənlərin təsdiqidir. Dünyanın aparıcı dövlətlərinin rəsmilərinin Prezident İlham Əliyevə ünvanladıqları məktublarda, etdikləri telefon zənglərində, həmçinin həmin dövlətlərin, təşkilatların nümayəndə heyətlərinin ölkəmizə səfərləri zamanı keçirilən qəbullarda Azərbaycanın dünyaya səs salan tarixi Zəfərinin region və dünya siyasətində yol açdığı dəyişikliklər, yeniliklər xüsusi qeyd olunur. Yeni əməkdaşlıq formatları yaradılır. Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası, avtomobil və dəmir yollarının çəkilişi, iqtisadi əlaqələrin qurulması məsələlərinin müzakirəsi və sair kimi mühüm məqamlar regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələri icra edir.”
“Qeyd etdiyimiz kimi, Şuşanın BMT və digər nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların iflası deməkdir” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısının nitqində qeyd olunduğu kimi, Azərbaycan Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edir. Qarşıda duran ən mühüm məsələlərdən biri beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində yeni reallıqları daha da gücləndirməkdən, regionla bağlı strategiyanı təqdim etməkdən ibarətdir. Söz yox ki, belə tədbirlərin azad Qarabağımızda, azad Şuşamızda keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək".