Zelenski Rusiyanın kütləvi raket hücumları barədə konfrans keçirib, tapşırıqlar verib
“Rusiyanın hər bir raketi təkcə Ukraynaya deyil, dünyada normal və təhlükəsiz həyata can atan hər kəsə zərbədir”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski telegram kanalında yazıb.
Dövlət başçısı Rusiya qoşunlarının iyulun 18-dən 19-na keçən gecə ölkə ərazisini kütləvi atəşə tutması ilə bağlı videokonfrans formatında müşavirə keçirib.
Onun sözlərinə görə, toplantıda iki mühüm qərar qəbul edilib: “Səhər konfransında mən Rusiyanın Odessa, Jitomir və digər bölgələrimizə gecələr endirdiyi zərbələr barədə məlumat eşitdim. Rusiya terrorçuları kifayət qədər məqsədli şəkildə “Taxıl sazişi”nin infrastrukturunu hədəfə alıblar”.
V.Zelenski hərbçilərə insanların və liman infrastrukturunun mühafizəsini gücləndirməyi, Xarici İşlər Nazirliyinə isə Rusiyaya qarşı təzyiqi artırmaq və Ukrayna taxılının normal ixracını davam etdirmək üçün tərəfdaşlarla əlaqələri gücləndirməyi tapşırıb.
Qeyd edək ki, iyulun 19-na keçən gecə Rusiya qoşunları bir neçə növ raketlərdən, eləcə də kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə Ukraynaya hücum edib. Odessa, Xerson, Kropivnitski, Jitomir vilayəti və Kiyevdə partlayış səsləri eşidilib. Odessada da yaşayış binaları, liman və mühüm infrastruktur atəşə tutulub, 10-dan çox insan yaralanıb. Nikolaev bölgəsində isə zərbə Koblevo bölgəsindəki kurort zonasına dəydi. Burada iki nəfər yaralanıb.