azadses.az » Manset » Azərbaycanda əmanətlərin sığortalanması üçün 100 min manatlıq limit ədalətlidirmi?

Azərbaycanda əmanətlərin sığortalanması üçün 100 min manatlıq limit ədalətlidirmi?

Azərbaycanda 2021-ci il aprelin 5-dən qüvvəyə minmiş qaydalara görə, bir yerli bankda 100 min manata qədər əmanət sığortalı hesab edilir.

Yəni, hansısa bank bağlandığı (bankda sığorta hadisəsi baş verdiyi) halda Əmanətlərin Sığortalanması Fondu (ADIF) vətəndaşın bankdakı əmanətinin yalnız 100 min manatını kompensasiya edir. Hazırda Azərbaycanda 24 bankın fəaliyyət göstərdiyini nəzərə alsaq, bir nəfərin sığortalı əmanət yerləşdirmək imkanı maksimum 2,4 milyon manatdır. Azərbaycan Mərkəzi Bankında hesab edirlər ki, əmanətlərin sığortalanmasına dair 100 min manatlıq limiti artırmağa ehtiyac yoxdur. Qurumun sədri Taleh Kazımov ötən ay bildirib ki, limit artıqca, bankların izafi xərcləri də artacaq: "Bu da maliyyə sabitliyinə mənfi təsir edəcək".

Təbii ki, əhalinin əksər hissəsinin əlindəki vəsait maksimum bir neçə yüz min manat ola bilər. Bununla belə, ölkədə kifayət qədər insan da var ki, biznes fəaliyyəti ilə məşğuldur və aylıq dövriyyəsi milyonlarla manatdır. Bəs bu kimi insanların əmanətinin banka sığorta yerləşdirməsi üçün 100 min manatlıq limit ədalətlidirmi? "Report" iqtisadçı-ekspertlərlə bu suala cavab tapmağa çalışıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyir ki, 100 min manata qədər əmanətlərin sığortalanması əmanətçilərin 90 %-dən çoxunu əhatə etdiyi üçün həmin məbləğ ədalətlidir: "Sözsüz ki, bəzi vətəndaşlarımızın əmanəti daha çox ola bilər. Amma əksər əmanətçilər banklara 100 min manatdan aşağı pul qoyur. bu səbəbdən əmanətlərin sığortalanması sistemimizi əhatə dairəsinə, miqyasına görə ədalətli hesab etmək olar".

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da mövcud məbləği ədalətli sayır: "Əgər kiminsə pulu 2,4 milyon manatdan çoxdursa, o, ailə üzvlərinin adına da əmanət yerləşdirə bilər. Bir məsələ də var ki, milyonlarla manat pulu olanlar adətən onun hamısını yerli banklara qoymur, bacardıqca ölkədən kənara çıxarır, xaricdə nə isə (əmlak və s.) alır. Həm də dövlət bütün əmanətlərə təminat verə bilməz, məhdudiyyət mütləq olmalıdır. Azərbaycanda da sığortalanan məbləğ digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Ümumiyyətlə isə sığorta sistemi daha çox adi insanlar, həqiqi sahibkarlar üçündür".

İqtisadçı-ekspert Xalid Kərimli də hesab edir ki, 100 min manatlıq limit ədalətlidir: "Bu məbləğlə dövlət faktiki olaraq bankların riskinin böyük bir hissəsini öz üzərinə götürür. Daha çox əmanətə təminat verilsə, dövlətin riski də artacaq. Bir nəfər üçün 2,4 milyon manatlıq riskin sığortalanması heç də az deyil. Halbuki, ABŞ kimi super dövlətdə bu limit cəmi 250 min dollardır. Sığorta məbləğinin artırılması həm də insanları məsuliyyətsiz davranmağa, öz vəsaitlərini nə cür gəldi banklara yerləşdirməyə sövq edə bilər".

Əmanətlərin Sığortalanması Fondunda (ADIF) da hesab edirlər ki, qorunan əmanətlər üzrə kompensasiya olunan məbləğin limitinin 100 min manat müəyyən edilməsi ədalətlidir: "Bu məbləğ ölkəmizdəki əmanət bazarının obyektiv tələblərinə tam şəkildə cavab verib, banklarda baş verə biləcək sığorta hadisələri zamanı əmanətçiləri mümkün maliyyə itkilərindən qorunmasını təmin edir. Bu sahədə mövcud beynəlxalq təcrübəyə nəzər salsaq, ölkəmizin əmanətlərin sığortalanması sistemində təsbit edilmiş bu məbləğ limitinin bir çox qonşu ölkələrin qanunvericiliyi ilə müəyyən edilmiş həddən yüksək olduğunu görərik. Belə ki, qonşu Türkiyə və Rusiyada bu kompensasiya limiti manat ekvivalenti ilə təqribən 26 min manat, Gürcüstanda 10 min manat, Ukraynada 9 min manat, Qazaxıstanda 76 min manat təşkil edir. Güclü iqtisadiyyata malik olan inkşaf etmiş ölkələrdə müəyyən edilmiş analoji limitlərə baxdıqda görərik ki, bu rəqəm Kanadada təqribən 127 min manat, Yaponiyada isə 118 min manat həddindədir”."Ölkəmizin əmanətlərin sığortalanması sistemində kompensasiya məbləğinin maksimum həddinin müəyyən edilməsi zamanı Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (IADI) qəbul etdiyi Əsas Prinsiplərə istinad edilib. Dünya təcrübəsinə uyğun olaraq maksimum kompensasiya məbləği əmanətçilərin minimum 80 %-ni, əmanətlərin isə məbləğ olaraq minimum 20 %-ni əhatə etməlidir. Hazırda ölkəmizdə kompensasiya məbləği üzrə qüvvədə olan maksimum hədd əmanətçilərin 99,9 %-ni, fiziki şəxslərin ümumi əmanətlərinin isə məbləğ olaraq 50,4 %-ni tam əhatə edir. Daha əvvəl diqqət yetirilmiş məqamlara əlavə olaraq qeyd etmək yerinə düşər ki, son təcrübə olaraq hazırda ləğv prosesində olan “Günay Bank” ASC-də baş vermiş sığorta hadisəsi nəticəsində qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi prosesi davam etməkdədir. Bu proses göstərir ki, sözügedən bankda fiziki şəxslərin ümumi əmanət məbləğinin 42,6 %-ni kompensasiya olunan məbləğlər təşkil edir”, - deyə ADIF bəyan edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?