“Neftçi”dən ayrılan futbolçu Türkiyə klubuna keçib
“Neftçi”dən ayrılan futbolçu Mert Çelik karyerasını yenidən Türkiyədə davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə 23 yaşlı müdafiəçi özü sosial şəbəkədə paylaşım edib.
Azərbaycan millisinin üzvü TFF I Liqa təmsilçisi “Bandırmaspor”a keçib. Son üç ildə icarə əsasında “Neftçi”nin formasını geyinən Türkiyənin “Başakşehir” klubunun üzvü növbəti mövsümü eyni şərtlərlə “Bandırmaspor”un heyətində keçirəcək.
Qeyd edək ki, Mert Çelik ötən mövsüm Premyer Liqada 12 oyun da meydana çıxıb.