Dünyanın ən bahalı yaqutu 90 saniyəyə satıldı - FOTO
55 karat ağırlığında dünyanın ən bahalı yaqutu Nyu Yorkdakı “Sotheby's” hərracında rekord qiymətə 34,8 milyon dollara satılıb.
“Estrela de Fura” adlı ən nadir qiymətli daş hərrac başlayandan cəmi 90 saniyə sonra alıcı tapıb.
Tarixin ən böyük qiymətli yaqutu olan daş 2022-ci ilin iyulunda Afrikada kəşf edilib. O, Mozambikdəki mədənlərdən birində Kanadanın “Fura Gems” şirkəti tərəfindən çıxarılıb və “Estrela de Fura” – “ən qiymətli və vacib”, yaxud da “son dərəcə nadir” daş adlandırılıb.
Yaqutun ilkin çəkisi indiki ölçüsündən təxminən iki dəfə çox - 101 karat olub. O, simmetrik formada cilalanıb.
Mənbə: news.ru