azadses.az » Manset » Yaşar Əliyevin Quterreşə ünvanlandığı məktub BMT-nin sənədi kimi yayılıb

Yaşar Əliyevin Quterreşə ünvanlandığı məktub BMT-nin sənədi kimi yayılıb

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT Baş katibi Antoniu Quterreşə ünvanladığı növbəti məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, səfir Yaşar Əliyevin BMT Baş katibi Antoniu Quterreşə ünvanladığı məktubda Ermənistanın BMT yanında daimi nümayəndəliyinin səsləndirdiyi qüsurlu və yalan iddialara qarşı fikirlər yer alıb:

“Ermənistanın məqsədi bəllidir - Azərbaycana qarşı təcavüzə, ölkəmin suveren ərazilərinin otuz ildir işğalına, kütləvi vəhşiliklərə, nifrət cinayətlərinə və ört-basdır edilməmiş irqçilik siyasətinə görə öz məsuliyyətini gizlətməkdir. Ermənistanın Azərbaycanın 2020-ci ildə başlatdığı iddia edilən irimiqyaslı hərbi əməliyyatlarla bağlı təkrarlanan iddiaları tamamilə fantaziyadır. Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələrinə tam uyğun olaraq, öz ərazi bütövlüyünü bərpa etmək və xalqını qorumaq üçün yalnız öz suveren torpağında əks-hücuma keçib.

2022-ci ilin sentyabrında baş verən toqquşmalara gəlincə, onlar Ermənistan ərazisində deyil, delimitasiya olunmamış Azərbaycan-Ermənistan sərhədində baş verib və Ermənistan silahlı qüvvələri tərəfindən təxribat törədilib, bu barədə müvafiq qaydada sənədləşdirilib BMT-yə məlumat verilib”.

Sənəddə o da qeyd olunub ki, Ermənistanın Laçın-Xankəndi yolu ilə bağlı iddiaları da eyni dərəcədə yalandır:

“10 noyabr 2020-ci il tarixində Üçtərəfli Bəyanat imzalandıqdan sonra Bəyanata uyğun olaraq, təhlükəsizliyə Azərbaycan zəmanət verməklə, yolboyu insanların, nəqliyyat vasitələrinin və yüklərin daşınması rejimi dəyişməz qalıb. Sakinlər, təcili yardım maşınları, humanitar yardım karvanları və Beynəlxalq Qırmızı Xaç Komitəsi yoldan məhdudiyyətsiz istifadə edib.
Bu dövr ərzində Ermənistan Laçın yolundan qeyri-qanuni hərbi məqsədlər üçün, o cümlədən silahlı qüvvələrin şəxsi heyətinin rotasiyası, əraziyə silahların ötürülməsi və minaların basdırılması, habelə faydalı qazıntıların qanunsuz dövriyyəsi üçün sui-istifadə edib.

Azərbaycan tərəfindən öz suveren ərazisində Laçın yolunun girişində sərhəd-keçid məntəqəsinin yaradılması dövlətlərin ərazi suverenliyi və bütövlüyünün əsas prinsiplərinə, öz sərhədlərinin qorunmasına və qanunun aliliyinə əsaslanaraq təhlükəsizliyini təmin etmək vəzifəsini daşıyır”.

Səfir bildirib ki, Ermənistan faktları təhrif etməklə, beynəlxalq sənədləri yanlış şərh edib:

“Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq, düşmənçilik və nifrətlə vaxt itirmək əvəzinə beynəlxalq öhdəliklərinə əməl etməli, öz silahlı qüvvələrini və qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, Azərbaycanın hələ də işğal altında olan səkkiz sərhəd kəndini qaytarmalı, ərazi iddialarına, qeyri-qanuni fəaliyyətlərə və dezinformasiyaya, mina terroruna son qoymalı, münaqişə zamanı itkin düşmüş bir neçə min azərbaycanlının taleyinə işıq salmalı, Azərbaycana dəymiş zərərin ödənilməsi və iki dövlət arasında sülh müqaviləsi və sərhədin delimitasiyası üzrə danışıqlarda iştirak etməlidir”.

Beynəlxalq sənəddə qeyd olunur ki, Ermənistan tərəfindən yayılan yalanlara, təlqinlər və dezinformasiyalara baxmayaraq, Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərinin reabilitasiyası, yenidənqurması və inteqrasiyası ilə yanaşı qaçqınların və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etmək, normallaşmanı sürətləndirmək əzmində qətidir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?