azadses.az » Siyasət » Yaşar Əliyevin Baş katib Antonio Quterreşə ünvanladığı məktub BMT sənədi kimi yayımlanıb

Yaşar Əliyevin Baş katib Antonio Quterreşə ünvanladığı məktub BMT sənədi kimi yayımlanıb

Yaşar Əliyevin Baş katib Antonio Quterreşə ünvanladığı məktub BMT sənədi kimi yayımlanıb

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məktubda 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzü zamanı itkin düşmüş bir neçə min vətəndaşımızın taleyinin müəyyənləşdirilməsində Azərbaycanın göstərdiyi səylər barədə ən son məlumatlar Baş katibin diqqətinə çatdırılıb.

Bildirilib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 3 890 vətəndaşı, o cümlədən 719 mülki şəxsi itkin düşüb. Bu mülki şəxslər arasında 71 uşaq, 267 qadın və 326 qoca var. Müəyyən edilib ki, 872 nəfər (605 hərbi qulluqçu və 267 mülki şəxs, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca) əsir və ya girov götürülüb. Sonuncu dəfə bəzilərinin əsirlikdə sağ olduqları məlum olsa da, onların sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Həmçinin, onlarla azərbaycanlı əsir Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onlara baş çəkməsindən sonra da erməni əsirliyində ölüb və ya itkin düşüb.

2020-ci ilin sonunda işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən beynəlxalq hüququn kobud və sistemli şəkildə pozulmasının inandırıcı sübutları aşkar edilib. 2021-ci ilin fevralından 2022-ci ilin noyabrına qədər bu ərazilərdəki kütləvi məzarlıqlarda təxminən 118 nəfərin qalıqları tapılıb. Bu insan qalıqları Azərbaycanın mülki əhalisinin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsini sübut edir. Kəlbəcər rayonunun Başlıbel kəndi yaxınlığındakı dağ mağarasında aşkar edilmiş kütləvi məzarlıq göstərib ki, Ermənistan silahlı qüvvələri mağarada gizlənən kənd sakinlərini birbaşa atəşə tutub, onlardan azı 12 nəfəri, o cümlədən 2 uşaq və 5 qoca həlak olub.

Xocalı rayonunun Fərrux kəndindəki kütləvi məzarlıqda da uşaq və qadın qalıqları tapılıb.

Daha bir qəddarlığın sübutu Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş, əl-ayaqları məftil və kəndirlə bağlanmış onlarla azərbaycanlının qalıqlarının olduğu kütləvi məzarlıqdır. Bu da onların qısa müddət ərzində öldürülməsindən xəbər verir.

Azərbaycanın işğaldan azad edilmiş digər rayonlarında da kütləvi məzarlıqlar tapılıb.

Ermənistan 30 ilə yaxın müharibə və işğal dövründə itkin düşənlər haqqında məlumat verməkdən və onların taleyini öyrənmək üçün araşdırma aparmaqdan imtina edib.

“Təkcə 2022-ci ildə Ermənistan Azərbaycana 106 nəfərin qarışıq qalıqları olan 67 torba təhvil verib. Ermənistanın bütün əxlaqi prinsiplərə zidd olaraq, beynəlxalq humanitar hüququ pozaraq, insanların öz yaxınlarının taleyi haqqında bilmək hüququna açıq şəkildə məhəl qoymadan bu qalıqları otuz il ərzində saxlaması dərin hiddətə səbəb olmaya bilməz”, - məktubda qeyd edilib.

Eyni zamanda, diplomat Ermənistanın “hələ də Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kütləvi məzarlıqlar barədə məlumat verməkdən” yayındığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın işğalı zamanı Azərbaycan ərazisinə qoyduğu yüz minlərlə minanın tam və dəqiq xəritələrini təqdim etməkdən imtina etdiyi üçün Azərbaycanın axtarış əməliyyatlarına ciddi mina təhlükəsi də mane olur.

Yaşar Əliyev xatırladıb ki, Baş Assambleya və Təhlükəsizlik Şurası itkin düşmüş şəxslərlə bağlı bir sıra qətnamələr qəbul edərək, dövlətlərin beynəlxalq humanitar hüquq çərçivəsində zorakı itkin düşmələrin qarşısının alınması və itkin düşmüş şəxslərin taleyi haqqında hesabat vermək öhdəliklərini təsdiqləyib: “Bu öhdəliklər qurbanların və onların ailələrinin hüquqlarını qorumaq üçün təcili tədbirlərə çevrilməlidir”.

Yekunda Azərbaycan nümayəndəliyinin başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyətin Ermənistanın sözügedən mövzuda öz öhdəliklərini yerinə yetirməsi üçün israr etməsi vacibdir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?