Rusiya parlamentində Azərbaycan əsilli ifaçının konsertinin qadağan olunmasını tələb edilir
Rusiya Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Yana Lantratova Moskva merinə, Sankt-Peterburq qubernatoruna və Baş Prokurorluğa müraciət edərək Azərbaycan əsilli, “Jah Khalib” kimi tanınan hip-hop ifaçısı Bəxtiyar Məmmədovun "Ukrayna Silahlı Qüvvələrini dəstəklədiyi" üçün konsertinin qadağan edilməsini tələb edib.
“Report”un Rusiya mətbuatına istinadən xəbərinə görə, deputata “KİV-dən Ukrayna silahlı qüvvələrinə dəstəyini açıq şəkildə bildirən musiqiçinin Moskva və Sankt-Peterburqda konsertlər planlaşdırdığı məlum olub”.
Bildirilir ki, reper instaqramdakı hesabında “Kiyevə gəlib” və “sığınacaqdan sığınacağa” köçdüyünü və ukraynalıları nəinki sevdiyini, həm də onlara heyran olduğunu” yazıb.
Lantratova məlumatların yoxlanılmasını və lazım gələrsə, prokurorluq tərəfindən cavab tədbirlərinin görülməsini - xüsusən də musiqiçinin konsertlərinin qadağan olunmasını tələb edib.