azadses.az » Manset » Azərbaycanda şəhər mərkəzində görüntülənən ayı işgəncələrə məruz qalıb? - AÇIQLAMA

Azərbaycanda şəhər mərkəzində görüntülənən ayı işgəncələrə məruz qalıb? - AÇIQLAMA

Dünən Şəkidə şəhər mərkəzində ayı görüntüləndiyinə dair məlumat yayılıb. Nazirlik ayının zərər görmədən təbiətə qaytarılması üçün müvafiq tədbirlər görüb. 
Maraqlıdır, bir çox dağətəyi, vəhşi təbiətə yaxın şəhər mərkəzləri var. Şəki də bunlardan biridir.
Bu şəhərlərdə və ya regionlarda vəhşi heyvanları zərərsizləşdirmək üçün mütəxəssislər varmı? Ümumiyyətlə, ölkəmizdə belə ekstremal hallara hazırlıq hansı səviyyədədir?
Azad Səs xəbər verir ki Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Oxu.Az-a açıqlamasında bildirib ki, Şəkinin mərkəzində gəzən ayının davranışından sağlam olmadığı hiss olunurdu:
“Görmə qabiliyyətini itirmiş kimi davranırdı. Hər bir halda reabilitasiya mərkəzində baytarlar tərəfindən yoxlanılması lazımdır. Çünki xəstə heyvanı təkrar təbiətə buraxmaq olmaz. Yenə insan məskənlərinə gələcək, ya kiməsə xəsarət yetirəcək, ya kimsə onun yaxınlaşdığını görüb öldürəcək. Ona görə öncə Altıağaca aparılması düzgün addımdır”.
E.Əsgərov şəhərlərdə və ya regionlarda vəhşi heyvanları zərərsizləşdirmək üçün vasitə və mütəxəssislər olmaması barədə də danışıb.
O qeyd edib ki, ümumiyyətlə, bu sahənin mütəxəssisi az tapılır:
“Yalnız Bakı zooparkında heyvanı immobilizasiya edə bilən mütəxəssislər var. Bu, incə məsələdir. Keyidici maddənin dozası artıq olsa, heyvan ayılmaya bilər. Az vurulsa, daha da aqressiv olub, adamları öldürə bilər.
İynəni heyvanın hansı hissəsindən vurmağı bilmək lazımdır. İynə düzgün vurulmasa, heyvan ölə bilər. Ona görə də belə təcrübə bizdə yalnız Bakı zooparkının işçilərində var. Ölkəmizdə isə bircə zoopark var”.
İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova isə bildirib ki, Şəkidəki qonur ayı avtomobillərə və şəxsi əmlaklara ziyan vurduğu üçün vətəndaşların bir qismi ayının öldürülməsini təklif ediblər:
“Ekologiya Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları bununla razılaşmayıblar. Biz İctimai Şura olaraq Nazirliyə, xüsusilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə öz minnətdarlığımızı bildiririk ki, məlumat daxil olan kimi sözügedən xidmətin mütəxəssisləri Bakıdan Şəkiyə ezam olunublar.
Mütəxəssislər və həkimlər beynəlxalq təcrübələri, eyni zamanda, ayının səhhətini də nəzərə alaraq, lazımi qaydalara əməl etməklə ayıya iynə vuraraq yatırdıb, heyvanı Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiya Mərkəzinə aparıb”.
“Buna baxmayaraq, ictimai fəal adlandırdığımız bəzi vətəndaşlar qonur ayının hansısa işgəncələrə məruz qaldığını deyirlər. Qeyd etmək istərdik ki, bu sözlər həqiqətə uyğun deyil və proses peşəkarcasına aparılıb. İctimai Şuranın sədri olaraq ictimaiyyəti bu məsələyə peşəkarcasına diqqət yetirməyə və qərəzsiz bir mövqedən baxmağa çağırıram.
Bildirmək istəyirəm ki, ayı aparıldığı mərkəzdə reabilitasiya keçdikdən sonra səhhətində hər hansı bir problem olmazsa, dərhal vəhşi təbiətə buraxılacaq. 
İctimai Şura bu məsələni diqqət mərkəzində saxlayır və yaxından izləyir. Şuranın üzvləri qonur ayının Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiya Mərkəzinə aparılmasında iştirak edəcəklər. Bu işdə fəallıq, təmkinlilik və dözümlülük göstərən bütün qurumlara və Şəki şəhər sakinlərinə minnətdarlığımızı bildiririk”, – deyə sədr qeyd edib.
Qeyd edək ki, dünən gecə saat 4 radələrində Şəki şəhərinin Axundzadə prospektinin 20 yanvar küçəsi ilə kəsişdiyi ərazidə qonur ayının hərəkəti qeydə alınıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  2. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  3. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  4. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  5. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  6. Argentinada 6 maqnitudalı zəlzələ olub
  7. Şanlıurfada yol qəzası olub, ölənlər var
  8. Lerik rayonunda zəlzələ baş verib
  9. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  10. Salyanda yay şumu qaldırılır
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"