3-cü doza vaksin pasportu satan tibb işçisi ifşa edildi
- 29-12-2021, 17:39
- Manset
Qobustan rayonunda saxta COVID-19 pasportu satan tibb işçisi ifşa edilib.
Rayon prokurorluğundan "Azadsəs.az"a verilən məlumata görə, rayonun Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında araşdırma aparılıb.
Məntəqədə tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən kənddə yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə cinayət işi başlanıb.
İstintaq davam edir.