Prokurorluq İmişlidəki qətllə bağlı məlumat yaydı
- 17-08-2020, 08:44
- Manset
Avqustun 17-də saat 01 radələrində İmişli rayonu, Buludlu kəndi ərazisində Malik Əliyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İmişli rayon prokurorluğundan "Report"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla hadisənin zərərçəkmişin tanışı Abbas Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Abbas Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.