Prezident daha bir memorandumu təsdiqlədi
- 21-12-2021, 21:19
- Manset
Prezident İlham Əliyev “İqtisadiyyat Nazirliyi ilə Xorvatiyanın Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.
“Azadsəs.az” xəbər verir ki, sənədə əsasən, 2021-ci il oktyabrın 20-də Bakı şəhərində imzalanmış “İqtisadiyyat Nazirliyi ilə Xorvatiyanın Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Hökumətinə bildiriş göndərməlidir.