Skarlet Yohansson “Disney”i məhkəməyə verib
- 30-07-2021, 13:36
- Manset / Şou biznes
Hollivudun populyar aktrisalarından olan Skarlet Yohansson “Disney” kinostudiyasını məhkəməyə verib.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Aktrisa studiyanı “Qara dul” filminin onlayn nümayişi üzrə müqaviləni pozmaqda ittiham edib. Belə ki, filmin premyerası kinotertrlarla yanaşı, “Disney+” onlayn platformasında da təşkil olunub.
Yohanssonun iddia ərizəsi Los-Anceles məhkməsində qeydiyyata alınıb. Ərizədə filmin premyerasının paralel olaraq onlayn yayımla baş tutacağı barədə müddəanın müqavilədə öz əksini tapmadığı bildirilib.
Ekspertlərin fikrincə, onlayn yayım aktrisanın filmin kassa gəlirlərindən əldə edə biləcəyi vəsaiti 50 milyon dollar azaldıb.