Kəlbəcərdə Yanğından Mühafizə Hissəsi fəaliyyətə başlayıb
- 12-12-2020, 14:15
- Manset
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.
FHN-dən ''Azad Səs''-ə verilən məlumata görə, 11 dekabr 2020-ci il tarixindən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb. Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.