azadses.az » Kriminal » Cinayət işi: Gənc oğlan məktəbli qızı gecə yarımçıq tikiliyə apardı – TƏFƏRRÜAT

Cinayət işi: Gənc oğlan məktəbli qızı gecə yarımçıq tikiliyə apardı – TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 2004-cü il təvəllüdlü Məmməd yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Teleqraf.com xəbər verir ki, hadisə 24 may 2022-ci ildə, gecə saat 1 radələrində rayonun Şağan qəsəbəsində, yeni yaşayış sahəsində baş verib.

Məmməd tikilinin içərisində olan otaqda heç bir zor tətbiq etmədən əvvəlcə on dörd yaşına çatmayan 2010-cu il təvəllüdlü Ləmanla könüllü olaraq dodaqlarından, boynundan öpüb, daha sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2020-ci ildə orta məktəbin 9-cu sinifini bitirib: “Lakin sonradan məktəbə getmədim. Ləmanı təxminən 2022-ci ilin may ayının 9-10 tarixindən tanımışam. Ləman orta məktəbin 6-cı sinif şagirdi olub. Onunla "WhatsApp"da yazışmışıq”.

“Bildirdim ki, gəl, haradasa görüşək”

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 23-də saat 18 radələrində Ləmanla "WhatsApp" vasitəsi ilə yazışıb: “Bildirdim ki, gəl, haradasa görüşək. Razılıq əsasında həmin günü Mərdəkan qəsəbəsində yerləşən “Günel” ticarət mərkəzinin yaxınlığındakı parkda görüşərək gəzişdik. Söhbət zamanı Ləman bildirdi ki, onun üçün bir günlük ev tapım, orada qalsın, evə getməsin. O, həmin evdə yaşamaqla özü bildiyini edəcəyini dedi.

Bu əməlin düzgün olmadığını, belə etməməsini nə qədər bildirsəm də, fikrindən çəkinmədi. Hətta bildirdi ki, evə getmiş olsa, atası onu öldürəcək. Mən dükandan su, şirniyyat aldım. Biz bir qədər birlikdə gəzdikdən sonra Ləmanı öz evlərinə aparmaq fikrinə düşdüm.

Bir neçə dəfə cəhd etdim ki, Ləmanı evlərinə yola salım. Hər dəfə məhəllələrinə çatar-çatmaz qışqırırdı ki, özünə nəsə edəcək. Hətta təklif etdim ki, gəl gedək, atanı mən başa salacam. Buna baxmayaraq yenə də razılıq vermədi”.

“Öpmüşəm, amma cinsi əlaqədə olmamışam”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Ləmanı öz evlərinə aparmağı, anası Əslinin Ləmanın valideynləri ilə danışmasını istəsə də, qız buna razı olmayıb: “Mən məcbur qalaraq Ləmanı Şağan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən köhnə tikiliyə apardım ki, heç olmasa həmin tikilidə qalsın, orada gecələsin.

Orada yalnız Ləmanın boğaz və dodaq nahiyəsindən öpmüşəm. Onunla hər hansı cinsi əlaqədə olmamışam”.

Məmməd bildirib ki, mayın 24-də saat 8 radələrinədək Ləmanla birlikdə həmin boş evdə bir yerdə qalıblar: “Səhəri isə saat 8 radələrində yenə də məcburi halda Ləmanı yaşadığı evə apardım. Daha sonra bizi polis əməkdaşları Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə dəvət etdilər”.

“Mənimlə görüşmək istədiyini bildirdi”

Zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, hadisədən təxminən 1 ay əvvəl Məmmədi tanıyıb:
“Məmmədi bacısı Sevilin vasitəsi ilə tanımışam. Onunla təxminən mayın 23-dən 14-15 gün qabaq telefonla "WhatsApp" sosial şəbəkəsi vasitəsi ilə mesajlaşmışıq. Mayın 23-də saat 18 radələrində Məmməd mesaj yazaraq mənimlə görüşmək istədiyini bildirdi.

Mən əvvəlcə razılıq verməsəm də, Məmməd bacısının da yanında olduğunu dedikdə görüşə gəlməyə razılıq verdim. Mayın 23-də saat 12 radələrində görüşdük. Mən Məmməd və onun bacısı Sevillə birlikdə bir neçə saat gəzişdikdən sonra evə qayıtdım”.

“Bacısının gələcəyini bildirdi”

Zərərçəkmişin sözlərinə görə, bundan sonra Məmməd təkrar görüşməyi təklif edib və bacısının da orada olacağını bildirib: “Həmin gün axşamüstü Mərdəkan qəsəbəsində yerləşən “Günel” ticarət mərkəzinin yaxınlığında olan parkda görüşdük. Həmin zaman Məmməd tək idi. Bacısı yanında deyildi.

Məmməddən bacısı Sevilin nə üçün gəlmədiyini və harada olduğunu soruşdum. Bildirdi ki, narahat olma, Sevil gələcək. Söhbət əsnasında Məmməd gecəni birlikdə qalmağı təklif etdi. Mən də onunla razılaşdım.

Şağan qəsəbəsində yerləşən boş evlərin birinə getdik. Artıq həmin vaxt, gecə keçmişdi, saat təxminən 1 radələri idi. Bu zaman təkrar olaraq Məmməddən Sevili soruşdum. Məmməd təkrar olaraq inam yaratması üçün bacısının gələcəyini dedi. Məmməd çarpayının üzərində mənim boyun nahiyəmdən bir neçə dəfə öpdü”.

“İtkin düşdüyünü fikirləşdik”

İş üzrə şahid qismində ifadə verən Südabənin sözlərinə görə, 2010-cu il təvəllüdlü Ləman onun doğma qızıdır, ondan başqa 2007-ci il təvəllüdlü Könül adında bir qızı da var: “Ləman orta məktəbin 6-cı sinif şagirdidir. Müəyyən vaxtlarda, işim az olduqda qızım Ləmanı məktəbdən götürməyə gedirəm.

Mayın 23-də günorta saatlarında Ləmanın məktəbdən çıxacağı vaxt ora getsəm də, onu məktəbdə görmədim. Bir neçə saat məktəb ərazisində dayandıqdan sonra Ləmandan xəbər almaq üçün evimə qayıtdım. Həmin gün saat 18 radələrinədək qızım evə gəlmədi.

Digər qızım Könül bildirdi ki, Ləman az öncə evə gəlib, mənim evdə olmadığımı gördü və mənə xəbər vermək üçün çıxdığını, məktəbə getdiyini deyib. Bundan sonra həyat yoldaşım işdən gəldi, Ləmanın evə gəlmədiyini gördü. Onu axtarmağa başladıq. Azyaşlı qızımın başına nəsə hadisə gəldiyini düşündük. Bu səbəbdən xəstəxanaları, müəyyən yerləri axtardıq.

Artıq qızımın itkin düşdüyünü başa düşdük və yoldaşımla birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə getdik. Ərizə ilə qızımın itkin düşməsi barədə müraciət etdik.

Səhəri gün Ləman evə gəldi. Bizə məlum oldu ki, gecəni Məmməd adlı şəxslə hansısa evdə qalıb. Daha sonra bizə qızımın deməsindən məlum oldu ki, Məmməd Ləmanı bacısı Sevilin də onların yanına gələcəyinə inandırıb və Şağan qəsəbəsində bir evə aparıb”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Məmməd 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  2. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  3. Sumqayıtda təlim maşını yanıb
  4. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  5. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
  6. Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
  7. Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
  8. Suraxanıda 16 yaşlı gənci avtomobil vurub
  9. Nərimanov rayonunda yol qəzası olub, yaralanan var
  10. Qobustanda avtomobil aşıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib