FHN-nin sabiq əməkdaşına hökm oxundu - Tikinti şirkətindən 28 min manat rüşvət alıb
- 21-11-2022, 22:08
- Kriminal
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sabiq müfəttişinə höküm oxunub.
Qaynarinfo xəbər verir ki, 2018-ci ildə Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi 2538-ci məhəllədə inşa ediləcək bina ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış eskiz layihədə binanın mərtəbləliliyi 2 ədəd binada 14 və 1 ədəd binada isə 15 mərtəbə göstərilib. Lakin FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi sözügedən ünvanda həmin ildə inşa ediləcək yaşayış binalarında mərtəbləliliyi 2 ədəd binada 13 və 1 ədəd binada isə 14 mərtəbə inşa edilməsinə dair icazə rəyi verib.
Tikinti şirkətinin rəhbərliyi FHN-nin razılığını almaq üçün Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Sumqayıt-Abşeron regional tikinti müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləmiş Kamilə 28.000 manat pul veriblər.
Kamil Arif adlı şəxsin vasitəsi ilə tanış olduğu tikinti şirkətinin rəhbərliyinə sözügedən vəsaitin hesabına inşa edilmiş 3 ədəd 1 bloklu çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı mərtəbəliliyin sayı ilə əlaqədar yaranmış problemi həll edəcəyinə söz verib. O, bildirib ki, həmin binaların sonuncu mərtəbələrinin eskiz, memarlıq, konstruksiya və kommunikasiya layihələrini yenidən hazırlayıb FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən həmin yaşayış binalarının ikisində 14 və birində isə 15 mərtəbənin tikintisinə müsbət ekspertiza rəyi alacaq.
Problemi həll edə bilmədiyini görən Kamil 28 aprel 2008-ci il tarixdən 20 iyun 2019-cu il tarixədək işlədiyi qurumdan öz xahişi ilə dövlət qulluğuna xitam verilib.
MMC rəhbərliyi Kamili tanışı Arif vasitəsilə tanıdığından və aralarında xətir-hörmət olduğundan onun barəsində şikayət etmək istəmirmiş. Arif 2021-ci ildə səhətində olan problemlərlə əlaqədar dünyasını dəyişib.
8 aprel 2022-ci il tarixdə MMC-nin vəzifəli şəxsləri Kamil barəsində Nərimanov rayon prokurorluğuna şikayət ərizəsi yazıblar. O, 13 iyul 2022-ci il tarixdə polis tərəfindən saxlanılıb.
Aparılan araşdırma zamanı o da məlum olub ki, hazırda MMC tərəfindən həmin binalardan ikisi nəzərdə tutulandan da artıq 15+1, biri isə 16+1 mərtəbədə inşa edilib.
Məhkəmənin qərarı ilə Kamil Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum edilib.