Bakıda yaşayış binasında yanğın olub
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Yanğın söndürülüb.