Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib - Foto
Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev axtarışa verilib.
“Azadsəs.az” xəbər verir ki, bununla bağlı məlumat Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi saytında yerləşdirilib.
Əliyev Tələt Müseyib oğlunun adı axtarışda olanların siyahısında qeyd olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) ilə axtarış elan olunub.
Qeyd edək ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində ölkəmizin Ukraynadakı Səfirliyi ilə bağlı müvafiq araşdırma aparılıb. Aparılmış araşdırmaların nəticələri ilə əlaqədar Azərbaycan Baş Prokurorluğuna müvafiq müraciət göndərilib.
Məsələ burasındadır ki, həmin dönəm Azərbaycanın Ukraynadakı səfiri olan Azər Xudiyev KİV-ə açıqlamasında Tələt Əliyevin Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışan zaman (2001-2010-cu illər) 2 milyon 400 min dollar dövlət vəsaitini mənimsədiyini iddia etmiş, əlində bütün bunların hər birini sübut edən faktlar və sənədlər olduğunu bəyan etmişdi. Səfir bütün bu məsələlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyini də məlumatlandırdığını söyləmişdi.
Əlavə edək ki, Tələt Əliyevin 2016-cı ildə Ukraynada 25 yaşlı model Alyona Solyaniklə evləndiyinə dair dövrü mətbuatda məlumatlar yayılmışdı.