Azərbaycanda nazirliyin axtarışda olan vəzifəli şəxsi ilə bağlı QƏRAR
- 28-10-2020, 12:57
- Hadisə
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən fəaliyyət göstərən "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin direktoru Zaur Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Zaur Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
İttihama görə, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Zaur Məmmədovun qanunsuz hərəkətləri barədə həmin ASC-dən daxil olmuş müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Zaur Məmmədovun 2018-ci il noyabrın 8-dən 2019-cu il dekabrın 11-dək olan müddət ərzində direktoru olduğu nümayəndəliyin rayon ərazisində yerləşən anbarına qeyd edilən Cəmiyyət tərəfindən satış üçün yığılmış mineral gübrə və pestisidləri həmin anbardan hər hansı sənədləşmə aparmadan 2019-cu il ərzində öz qulluq mövqeyindən istifadə edərək satmasına, bununla da ona etibar olunmuş cəmi 469 min 276 manat məbləğində əmlakı ASC-yə külli miqdarda ziyan vuraraq vahid niyyətlə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Zaur Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq davam edir.