Kriminal avtoritet Ermənistan vətəndaşlığından imtina edib
Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları “Don Pipo” ləqəbi ilə tanınan kriminal avtoritet Artur Asatryanın evində növbəti dəfə axtarış keçirib.
“Azadsəs.az” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Asatryan nəşrə verdiyi müsahibəsində sözügedən faktı təsdiq edib.
“Qanuni oğru”nun sözlərinə görə, ona qarşı təqiblər səbəbindən Ermənistan vətəndaşlığından imtina etməli olub.
“Sifariş əsasında mənim barəmdə cinayət işləri başlatdılar. Bütün hökumət sistemi məni təqib etməyə başladı. Artıq dördüncü dəfədir ki, evimdə axtarış həyata keçirirlər, üstəlik mən evdə olmaya-olmaya”, - deyə Asatryan vurğulayıb.
Qeyd edək ki, “Don Pipo” barəsində istintaq aparılır. O, üç nəfərlə qabaqcadan əlbir olaraq sağlamlıq üçün təhlükəli güc tətbiq etməklə bir nəfəri oğurlamaqda, eləcə də qanunsuz silah əldə edilməsində və saxlanılmasında şübhəli bilinir. O, 2019-cu ildə saxlanılsa da, bir müddət sonra zaminə buraxılıb. Asatryan özünü günahkar hesab etmir.