Gürcüstanda yolun Azərbaycana gedən dolama hissəsinin tikintisi başa çatıb
- 1-08-2024, 08:51
- İqtisadiyyat
Tbilisidən Azərbaycan sərhədinə gedən Bakurtsixe – Snori magistral yolunun bir hissəsinin tikintisi başa çatıb.
“Report” xəbər verir ki, yolun açılış mərasimi yerli televiziya kanallarında yayımlanıb.
“Bu yolun açılmasından sonra avtonəqliyyatın insanların sıx məskunlaşdığı Snori və ətrafındakı altı kənddən keçməməsi çox vacibdir, bu da həmin yaşayış məntəqələrinin yükünü azaldacaq. Yeni yol hərəkət və təhlükəsizlik standartlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, hərəkət vaxtını üç dəfə azaldacaq və nəqliyyatın buraxılış qabiliyyətini 2,5 dəfə artıracaq”, – Gürcüstanın Baş naziri İrakli Kobaxidze tədbirdə deyib.
Öz növbəsində, Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze qeyd edib ki, tikilmiş 18 kilometrlik yol Tbilisi – Bakurtsixe – Laqodexi – Azərbaycan beynəlxalq magistralının bir hissəsidir.
Əvvəllər tranzit marşrutu kiçik kəndlərdən keçirdi.
Qeyd edək ki, Gürcüstanın şərqindəki Kaxeti bölgəsində Bakurtsixe və Snori şəhərləri arasındakı dolama yol layihəsinə iki zolaqlı yol və altı körpü daxildir. Yolun yeni hissəsinin tikintisi 2022-ci ildə Asiya İnkişaf Bankının dəstəyi ilə başlanıb və təxminən 33 milyon dollara başa gəlib.