azadses.az » İqtisadiyyat » Ekspert: “SGC Azərbaycanın fəxrlə hər yerdə deyəcəyi bir layihəyə çevrilib”

Ekspert: “SGC Azərbaycanın fəxrlə hər yerdə deyəcəyi bir layihəyə çevrilib”

Cənub Qaz Dəhlizi (SGC) XXI əsrin üçüncü onilliyinin ən uğurla tamamlanmış layihəsi olub.

Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu layihənin önəmi 5 dəfə artıb.

Ekspert tarixinə nəzər salaraq xatırladıb ki, bu layihənin tikintisi 2013-cü ildən başlayıb: “Ölkə başçısı İlham Əliyev Avropa bazarlarına Azərbaycan qazının çatdırılması üçün məhz “Şahdəniz-2” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, eyni zamanda Cənub Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihələrinin birgə həyata keçirilməsi ilə bağlı bilavasitə dövlət komissiyasının yaradılması ilə bağlı sərəncam imzalayıb. Bunun nəticəsi olaraq, bu gün SGC özündə dörd layihəni cəmləşdirir. Bütün bunları özündə birləşdirən SGC bu gün Azərbaycanın fəxrlə hər yerdə deyəcəyi bir layihəsinə çevrilib ki, ölkəmizə bundan həm siyasi, həm də iqtisadi dividendlər gətirir”.

E. Əmirovun sözlərinə görə, ümumiyyətlə bu dəhliz üzrə əsas maliyyə yükünü də məhz Azərbaycan tərəfi öz üzərinə götürmüşdü: “Çünki bu dəhlizin genişləndirilməsi ilə bağlı, dəhlizin yaradılması və burada maliyyə yükünün çoxluğu ilə bağlı müəyyən qüvvələr tərəfindən istehzalı məqamlar açıqlanırdı. Yəni Azərbaycanın yetərincə bu dəhlizdə dolduracaq qaz ehtiyatları yoxdur. Ancaq Azərbaycan tərəfi bu riski öz üzərinə götürdü və böyük uğurla icra etdi. 2015-ci ildən başlayaraq isə SGC-nin Azərbaycanda Məşvərət Şurasının görüşləri keçirilir”.

O həmçinin xatırladıb ki, ilk mərhələdə SGC-də Azərbaycan, Gürcüstan, İtaliya, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya olmaqla 7 ölkə iştirak edirdi: “Sonra isə digər 3 ölkə də layihəyə qoşulmaq niyyətini bildirdilər. Bunlar Balkan ölkələri - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro oldular. Hazırkı mərhələdə isə artıq burada başqa ölkələr də, məsələn, Serbiya, Macarıstan var ki, ciddi şəkildə bu layihədən yararlanmağa başlayıblar. Azərbaycanın 2,6 trilyon kubmetr həcmində olan zəngin qaz ehtiyatları var və bu ehtiyatlar imkan verir ki, məhz Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz rolunu oynasın. Təkcə bunun 1,2 trilyon kubmetri “Şahdəniz”də mövcuddur. Azərbaycan Prezidenti SGC Məşvərət Şurasının dünənki çıxışında da bildirib ki, “Abşeron” yatağının qaz ehtiyatlarının, eyni zamanda hasilat həcminin 5 milyard kubmetrə qədər çatdırılması, “Ümid” yatağında olan potensial, əlavə olaraq da “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasil olunması kimi məsələlər var ki, bu hələ uzun müddət ərzində Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu davam etdirməsinə imkan verəcək”.

O, diqqəti “Azəri-Çıraq-Günəşli” yatağına cəlb edərək bildirib ki, bu, məhz uzun müddət Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəmərini neftlə təmin edən rentabelli yatağımız olub: “Bu yataq artıq qaz yatağı kimi də öz töhfəsini verəcək. Təbii ki, bunun üçün AÇG-də dərin layların işlənməsinə ehtiyac var. Nəticə etibarilə blokun dərin laylarında olan qaz, kondensat ehtiyatları birmənalı olaraq həm ölkəmiz, həm SGC üçün öz töhfəsini verəcək”.

E. Əmirov bildirib ki, Rusiya və Ukrayna arasında olan münaqişə SGC-yə olan ehtiyacı həddindən artıq çox artırıb: “2022-ci ildən bu münaqişə səbəbindən Avropa ölkələrindən 10-dan çox Azərbaycana müraciət olub. Təbii ki, Prezident İlham Əliyev də heç bir müraciəti geri çevirməyib, yəni “yox” deməyib və Azərbaycan öz həm qaz ehtiyatları, həm ixrac potensialı baxımından, eyni zamanda layihənin genişləndirilməsi potensialı baxımından ölkənin gücünə inanaraq bilavasitə dəstək olmağa hazır olduğunu bildirib. Budur ki, Azərbaycan verdiyi sözün arxasında hər zaman durur. Yəni nəticə etibarilə bir qəribə situasiya yaranıb. Müraciət edənlər arasında SGC ideyasını Azərbaycan tərəfindən irəli sürüldüyü zaman Azərbaycanı dəstəkləməyən, hətta bu və ya digər formada ona mane olmaq istəyən qüvvələr də var. Həmin qüvvələr Azərbaycan 40 milyard avroluq layihəsini icra edən zaman ölkəmizi dəstəkləməyən qüvvələr də Azərbaycan qazından, Cənub Qaz Dəhlizindən mənfəət, yəni oradan yararlanmaq istədiklərini 2022-ci il ərzində ifadə ediblər”.

E. Əmirov deyir ki, Azərbaycan “yaşıl enerji” strategiyasından öncə özünü təsdiqləmiş və dünyada özünü doğrultmuş iki strategiya hazırlayıb və həyata keçirib. Ekspertin finkincə, bunlardan biri neft strategiyası, digəri isə qaz strategiyasıdır: “Artıq alternativ enerji strategiyası, yəni “yaşıl enerji” dediyimiz bərpa olunan enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisinin Avropaya çatdırılması ilə bağlı bir böyük strategiyamız var. Eyni zamanda ölkədə də bu enerjidən istifadə ilə bağlı məsələlər məhz bu strategiyanın alt çoxluğuna daxildir”.

O bildirib ki, məhz bu istiqamətdə Azərbaycan dünyanın aparıcı şirkətləri ilə, o cümlədən də Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanının şirkətləri ilə anlaşma memorandumları imzalayıb: “Azərbaycanda külək və günəş elektrik stansiyalarının fəaliyyətə başlaması ilə bağlı real praktik işlərə başlanılıb. Təkcə 230 MVt gücündə olan Qaradağ Günəş Elektrik Stansiyası (GES) bilavasitə ölkə iqtisadiyyatına həm istehsal olunacaq enerji və ixrac olunması potensialı baxımından, eyni zamanda bu enerjini qaz hesabına istehsal edərdiksə nə qədər itki olacaq və atmosferə 200 min tondan artıq karbon qazının atılması baş verəcək. Yəni bir çox istiqamətlərdə hər bir yaradılmış və icra edilmiş layihə birmənalı olaraq Azərbaycanın "yaşıl enerji" strategiyasının tərkib elementi olaraq öz töhfəsini verir”.

Ekspert qeyd edib ki, perspektivdə də böyük ehtimala görə bu, neft və qaz strategiyasından daha uğurlu və daha uzunmüddətli olacaq: “Ona görə ki, neft və qaz kimi ənənəvi enerji mənbələri tükənən resurslardır. Ancaq nə qədər ki, günəş var, bərpa olunan enerji mənbələri mövcud olacaq, enerji olacaq. Yəni GES-i şərtləndirən faktor günəşdir. Eyni zamanda, küləyi də yaradan əslində günəşin mövcudluğudur. Bu baxımdan düşünürəm ki, Azərbaycanda elektrik enerjisinin istehsalı alternativ enerji mənbələri hesabına olacaq. Deməli, elektrik enerjisinin davamlı olaraq ixracı mümkün olacaq və bu da Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də ümumiyyətlə daha geniş müxtəlif anlamlarda belə yararlanması üçün əlverişli mühit yaradacaq”.

E.Əmirov "yaşıl enerji"yə keçidlə bağlı COP29-a da toxunaraq bildirib ki, Azərbaycan bu tədbirə sadəcə ev sahibliyi etmir: “Azərbaycan eyni zamanda həm ölkə xaricində, həm də ölkə daxilində bir nümunə nümayiş etdirir. Ölkədə bu mühiti daha yaxşı formalaşdırmaq üçün həm tədbirin keçirilməsini, eyni zamanda mühiti daha üst formada formalaşdırmaqdan ötrü müəyyən addımlar atılıb. Bunların ən yaxşılarından biri məhz COP29 tədbiri çərçivəsində həyata keçiriləcək layihələr üçün sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faizlərin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmidir. Bu, ciddi şəkildə sahibkarlar üçün əlavə fürsət yaradır və risk amilini azaldır. Düşünürəm ki, bunun özü məhz "yaşıl enerji" strategiyasına verilən bir dəstək istiqamətidir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?