Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 16 %-ə yaxın artıb
- 22-01-2024, 19:36
- İqtisadiyyat
Ötən il Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 2022-ci illə müqayisədə 15,5 % artaraq 1 milyard 515,981 milyon ABŞ dolları olub.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Bu, qonşu ölkənin illik ticarət dövriyyəsinin 7 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 28,2 % artaraq 862,07 milyon ABŞ dolları (ümumi ixracın 14,2 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 2,1 % artaraq 653,911 milyon ABŞ dolları (ümumi idxalın 4,2 %-i) olub.
2023-cü ildə Gürcüstanın ümumi ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 12,5 % artaraq 21 milyard 529,008 milyon ABŞ dollarına çatıb. O cümlədən, qonşu ölkə ixracının dəyərini 9,1 % artıraraq 6 milyard 090,611 milyon ABŞ dollarına, idxalının dəyərini isə 14 % artaraq 15 milyard 438,396 milyon ABŞ dollarına çatdırıb.
Son nəticədə Gürcüstanın xarici ticarətində 9 miyard 347,785 milyon ABŞ dolları mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 17,4 % çoxdur.