Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə layihələrə xərclənən məbləğ açıqlanıb
- 18-11-2020, 10:18
- Dünya
2020-ci ilin ilk üç rübündə BP şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə regionunda əməliyyatçısı olduğu layihələr üzrə yerli ehtiyatlardan istifadəyə xərclənən birgə məbləği açıqlayıb.
“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, bu layihələrə xərclənən cəmi məbləğin həcmi 1 milyard 353,5 milyon dolları təşkil edib.
Xərclərin 237,2 milyon dollarını kiçik və orta müəssisələr, 29,3 milyon dollarını dövlət şirkətləri, 646,8 milyon dollarını yerli tərəfdaşı olan birgə müəssisələr, 440,2 milyon dollarını xarici podratçıların ölkə daxilində məsrəfləri təşkil edib.
Qeyd edilib ki, bu məbləğ BP-nin yerli şirkətlərlə birbaşa xərclərini və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə, xidmətlərə, materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri göstərir.