Azərbaycan nefti bahalaşıb
- 1-04-2023, 12:33
- İqtisadiyyat
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,3% artaraq 81,88 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.