Azərbaycan nefti cüzi ucuzlaşıb
- 2-02-2023, 14:16
- İqtisadiyyat
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,28% azalaraq 86,41 dollara enib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.