azadses.az » İqtisadiyyat » Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? - AÇIQLAMA

Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? - AÇIQLAMA

Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? - AÇIQLAMA

Türkiyənin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.

Dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a, yaralıların sayı isə 22 168 nəfərə çatıb.

Dünya mediasının gündəmində olan hadisənin təkcə Türkiyəyə deyil, bütün bölgəyə təsirləri müzakirə mövzusudur. Ekspertlər düşünürlər ki, dəhşətli zəlzələ nəticəsində yaranmış vəziyyətin xüsusilə Türkiyə ilə iqtisadi əlaqələri güclü olan dövlətlərə də təsiri qaçılmazdır.

Bəs qardaş ölkədə baş verən zəlzələ Azərbaycanla iqtisadi əlaqələrə necə təsir edəcək? İdxal-ixrac əməliyyatlarında gecikmələr, bunun fonunda ölkəmizdə hansısa məhsulların qiymət artımı mümkündürmü?

Mövzu ilə əlaqədar Oxu.Az-a danışan iqtisadçı Elçin Süleymanov qeyd edib ki, Türkiyə Azərbaycan iqtisadiyyatı üçün ən əhəmiyyətli ölkədir və orada baş verən zəlzələ müəyyən mənada iqtisadi əlaqələrə təsir edə bilər:

“Birbaşa ciddi təsirlərin olacağını hesab etmirəm, amma istənilən halda Türkiyə qardaş ölkədir. İdxal-ixrac əməliyyatlarına nəzər saldıqda da Türkiyə ilə iqtisadi əlaqələrin nə qədər geniş olduğunu görə bilərik. Xüsusilə Malatya və Antep Türkiyənin sənaye baxımından əhəmiyyətli zonalarından sayılır. Ona görə də zəlzələnin Türkiyə iqtisadiyyatına zərəri 50-60 milyard dollar civarı qiymətləndirilir. Bu, Azərbaycan iqtisadiyyatına da dolaylı olaraq, mənfi təsir göstərə bilər.

Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin Ceyhan limanında qısamüddətli durğunluq meydana gəldi. Amma tezliklə işlər bərpa olundu. Azərbaycana idxal əməliyyatlarında müəyyən gecikmələr ola bilər. Amma düşünürəm ki, bu, ciddi problem yaratmaz. Zəlzələ baş verən bölgələr - Hatay, Şanlıurfa, Diyarbəkir, İskəndərun daha çox Suriya ilə həmsərhəd ərazilərdir. Zəlzələ ilə əlaqədar daha çox Malatya, Antep, qismən isə Maraşdakı sənaye quruluşlarının zəifləməsi Azərbaycana bir qədər təsir göstərə bilər. Buradan ölkəmizə müəyyən sənaye məhsullarının idxalı mövcuddur”.

Elçin Süleymanov xüsusilə qeyd edib ki, Türkiyə ilə əsasən iki istiqamətdə əməkdaşlıq mövcuddur:

“Birinci, neft-qaz sahəsidir ki, bununla bağlı ciddi problemlər olmayıb. İkinci məsələ isə, idxal edilən məhsullardır. Burada da ciddi axsama olmaz.

Türk lirəsinin Azərbaycan manatına görə ucuzlaşması iş adamlarına imkan verir ki, qiymətləri tənzimləyə bilsinlər. Etiraf etmək lazımdır ki, Türkiyədəki qiymətlər Azərbaycandakından dəfələrlə ucuzdur. Buradakı iş adamları qiymətləri aşağı sala bilərlər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qiymətlərə nəzarət edə bilər ki, türk mallarına ölkəmizdə süni qiymət artımı tətbiq edilməsin. Sahibkarlar zəlzələni bəhanə edərək qiymətləri qaldıra bilərlər. Amma belə sui-istifadə baş versə belə, qısa zaman çəkəcək”.

Qeyd edək ki, Gömrük Komitəsi tərəfindən açıqlanan statistik göstəricilərə əsasən, 2022-ci ildə Türkiyə ilə 5 milyon 842 min ABŞ dolları həcmində ticarət dövriyyəsi aparılıb. Bu göstəricilərdən 3 milyon 545 min dollar ixrac, 2 milyon 297 min dollar isə ixrac əməliyyatlarının payına düşür. Ümumilikdə Türkiyə Azərbaycanın ticarət əlaqələrində ən çox əməkdaşlıq etdiyi ikinci ölkədir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı