Hindistanlı analitik: “Ukraynadakı müharibə dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti çətinləşdirib”
Hazırda dünyada ən çox müzakirə edilən mövzulardan biri də Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində Ukrayna taxılının beynəlxalq bazarlara daşınmasında yaranan çətinliklər və bunun nəticəsi olaraq dünyanı gözləyən aclıq təhlükəsidir.
Bundan əlavə, hərbi əməliyyatlarla bağlı növbəti il Ukraynada məhsulun nəzərəçarpacaq dərəcədə az olacağı proqnozlaşdırılır.
Bütün bunların fonunda dünyada ikinci ən böyük buğda istehsalçısı (bazarın 14%-ə qədəri) olan Hindistan bu il güclü istilərlə üzləşib və nəticədə hava şəraiti ilə əlaqədar bu ölkədə də məhsul qıtlığı gözlənilir.
Qeyd olunan problemlərlə əlaqədar olaraq artıq Hindistan öz buğdasının ixracına qadağa qoyub.
Yaranmış vəziyyətlə əlaqədar olaraq Oxu.Az-a açıqlama verən hindistanlı analitik, Ram Lal Anand Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin dosenti Vidjay Kumar Bxatiya qeyd edib ki, Hindistan dünyada aclığın aradan qaldırılmasında həmişə həlledici rol oynayıb, taxıl və ərzağın kasıb ölkələr arasında bölüşdürülməsi ilə məşğul olub:
“Bəli, bu il öz ehtiyaclarımız, buğda istehsalının kifayət qədər olmaması və müəyyən inflyasiya problemləri səbəbindən hökumət Hindistan əhalisinin tələbatını ödəmək üçün taxıl ixracını bir müddət məhdudlaşdırmaq qərarına gəlib. Bununla belə, hökumət açıqlama yayaraq vəziyyəti qaydasına qoyduqdan sonra çox yaxın vaxtlarda yenidən buğda ixracına icazə veriləcəyini bəyan edib”.
Hindistanlı analitik qeyd edib ki, ölkəsi beynəlxalq ictimaiyyət qarşısında öz məsuliyyətini dərk edir:
“İndiki dövrdə taxıla əlçatımlılıq şübhəsiz ki, böyük problemdir. Rusiya-Ukrayna müharibəsi dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da çətinləşdirdi, ərzaq məhsullarının bahalaşmasına səbəb oldu. Bu, əhalinin yoxsul təbəqəsinə təsir edəcək. Ukraynadan ixracın dayandırılması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) indeksində də öz əksini tapıb, Afrika və digər bölgələrdə yerləşən ölkələrə mənfi təsir göstərmişdir”.