Azərbaycan Gürcüstanla aksiz vergisini bərabərləşdirir?
- 16-04-2022, 14:47
- İqtisadiyyat
Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisi bərabərləşdirilə bilər.
“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı öz tvitter səhifəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb. O qeyd edib ki, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
"Ölkələrimiz arasında ticarət əlaqələrinin genişdirilməsi, investisiya sahəsində əməkdaşlığın inkişafı, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası barədə fikir mübadiləsi apardıq", - deyə Mikayıl Cabbarov qeyd edib.