Vahid Ələkbərov Arktikada neft hasilatını qeyri-effektiv sayır
- 11-03-2021, 16:00
- İqtisadiyyat
TASS xəbər verir ki, “Lukoil” şirkətinin rəhbəri bu fikirləri investorlarla telekonfrans zamanı səsləndirib.
“Rusiyada neft hasilatı istənilən iqlim şəraitində əlverişlidir. Yalnız Arktika şelfi burada istisna sayıla bilər”, - deyə V.Ələkbərov bildirib.
O, həmçinin qeyd edib ki, müxtəlif tələbat ssenariləri üzrə neftin balanslaşdırılmış qiyməti kifayət qədər dar diapazonda - 40-50 dollar/barel arasında olacaq.