Azərbaycanda dövlətin kirayə verdiyi evlərin sayı açıqlandı
- 9-03-2021, 16:00
- İqtisadiyyat / Manset
Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova məlumat verib.
O bildirib ki, 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin olmasına baxmayaraq layihəyə kifayət qədər maraq müşahidə olunub:
“Fondun mərhələli şəkildə balansına daxil olan mənzillərin sayı 1 405-dir. Bu mənzillərdən artıq 632-si vətəndaşların istifadəsinə verilib. Son iki ayda isə 200-dən çox mənzilin açarları sahiblərinə təhvil verilib”.
Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin mart ayından etibarən İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə vətəndaşların müraciətlərinin qəbuluna başlayıb.