Главная > İdman > FIFA futbolçuların dünya çempionatında iştirakına görə Rusiya klublarına ödəniş etmir
FIFA futbolçuların dünya çempionatında iştirakına görə Rusiya klublarına ödəniş etmir27-11-2023, 12:06. Разместил: azadses |
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) sanksiyalara görə Rusiya Premyer Liqası (RPL) klublarına futbolçularının 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında iştirakına görə ödəniş etmir. Bu barədə Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov məlumat verib. Onun sözlərinə görə, hələlik oyunçuların 2022-ci il dünya çempionatında iştirakı üçün verilməli olan vəsait bloklanıb: “Klublarımız sanksiyaya məruz qaldığı üçün FIFA bu pulu göndərmir”, - o bildirib. Qeyd edək ki, oktyabr ayında FIFA futbolçuların Qətərdə keçirilən dünya çempionatında iştirakına görə klublara 209 milyon dollar təzminat ödəyəcəyini bildirmişdi. Mənbə: TASS Вернуться назад |