FIFA futbolçuların dünya çempionatında iştirakına görə Rusiya klublarına ödəniş etmir
- 27-11-2023, 12:06
- İdman
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) sanksiyalara görə Rusiya Premyer Liqası (RPL) klublarına futbolçularının 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında iştirakına görə ödəniş etmir.
Bu barədə Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov məlumat verib.
Onun sözlərinə görə, hələlik oyunçuların 2022-ci il dünya çempionatında iştirakı üçün verilməli olan vəsait bloklanıb:
“Klublarımız sanksiyaya məruz qaldığı üçün FIFA bu pulu göndərmir”, - o bildirib.
Qeyd edək ki, oktyabr ayında FIFA futbolçuların Qətərdə keçirilən dünya çempionatında iştirakına görə klublara 209 milyon dollar təzminat ödəyəcəyini bildirmişdi.
Mənbə: TASS