Главная > İdman > Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub - YENİLƏNİB
Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub - YENİLƏNİB20-04-2023, 16:01. Разместил: azadses |
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Oxu.Az xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə yığma 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl 2-ci, ümumilikdə isə 4-cü qitə çempionluğudur. Kollektiv medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Yığma həm də bu göstərici üzrə son 4 ildə özünün ən yaxşı nəticəsinə imza atıb. Qeyd edək ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. 22:58 Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb. Oxu.Az-ın məlumatına görə, 125 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada italiyalı Abraham Konyedonla üz-üzə gəlib. Rəqibinə 7:4 hesabı ilə qalib gələn Meşvildişvili qitə üçüncüsü olub. Bununla da sərbəst güləşçilər yarışı 6 medalla başa vurublar. Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) və Osman Nurmaqomedov (92 kq) gümüş, Abubakr Abakarov (86 kq) isə bürünc medal əldə ediblər. Avropa çempionatı aprelin 23-də başa çatacaq. 22:29 Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Oxu.Az-ın məlumatına görə, 92 kq-da çıxış edən idmançı finalda türkiyəli Feyzullah Aktürklə üz-üzə gəlib. Görüşün ilk hissəsini öz xeyrinə başa vuran Nurmaqomedov ikinci yarıda üstünlüyünü qoraya bilməyib. Yekunda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi fəxri kürsünün ikinci pilləsinə qalxıb. 21:27 Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb. Oxu.Az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada slovakiyalı Boris Makoyevi sınağa çəkib. Rəqibinə 7:4 hesabı ilə qalib gələn Abakarov Avropa üçüncüsü olub. Вернуться назад |