Главная > İdman / Manset > Avropa Liqası: “Qarabağ” səfərdə “Nant” klubuna uduzdu

Avropa Liqası: “Qarabağ” səfərdə “Nant” klubuna uduzdu


28-10-2022, 09:48. Разместил: admin
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşıb. "Bojuar" stadionundakı görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib.
Вернуться назад