Главная > İdman / Manset > “Beşiktaş” “qızıl dubl” etdi

“Beşiktaş” “qızıl dubl” etdi


19-05-2021, 07:52. Разместил: azadses
“Beşiktaş” futbol üzrə Türkiyə Kubokunu da qazanıb.

“Qartallar” finalda “Antalyaspor”un məğlubiyyətə uğradıb - 2:0. Qolları 3-cü dəqiqədə Jozef Souza, 30-cu dəqiqədə isə Valentin Rozyer vurub.

Beləliklə, “Beşiktaş” tarixində 10-cu dəfə Türkiyə Kubokunu qazanıb. “Ağ-qaralar” həm də 2009-cu ildən sonra ilk dəfə “qızıl dubl” edib.

Qeyd edək ki, Sergen Yalçının baş məşqçi olduğu komanda mayın 15-də Türkiyə çempionluğuna sahib olub.


Вернуться назад