Ronald Koeman: Heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim
- 22-06-2024, 08:00
- İdman
“Heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim”.
"Report" xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Koeman Fransa ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Fransa kimi komandalara qarşı mübarizə aparmağın çətin olduğunu söyləyib:
“Cəsarətli oynamağa çalışdıq. İstəyirdik ki, daha sürətli olaq və topu özümüzdə çox saxlayaq. Bizim hələ də böyüməyə ehtiyacımız var. Heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim. Lakin düşünürəm ki, fransızlar da bu nəticədən narazı deyillər”.
Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün D qrupunun matçında Niderland Fransa yığması ilə heç-heçə edib - 0:0.