"Braqa"nın futbolçusu: Yaxşı nəticə qazanmaq istəyirik
- 15-02-2024, 13:00
- İdman
Yaxşı nəticə qazanmaq istəyirik.
"Report" xəbər verir ki, bunu "Braqa"nın futbolçusu Paulu Oliveyra Portuqaliyada "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin ilk matçından əvvəl mətbuat konfransında deyib.
32 yaşlı müdafiəçi doğma azarkeşlər önündə çıxış etməyin onlara əlavə üstünlük verəcəyini bildirib: "Bilməliyik ki, bu, pley-off mərhələsidir. Nə qədər bacarıqlı və ciddi olsaq, növbəti görüşdə bir o qədər üstünlük əldə edə bilərik. Keyfiyyətimizi göstərməliyik. Hamımız üçün vacib yarışda irəliləmək üçün əlimizdən gələni edəcəyik. Çox çətin qarşılaşma olacaq".
Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.