EEVZA: Azərbaycanın U-20 millisi Ukrayna ilə üz-üzə gələcək
- 12-01-2024, 14:40
- İdman
Bu gün 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxacaq.
"Report"un məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komandamız ötən gün Estoniyaya uduzub - 0:3.
U-20 turnirdə Latviya və Polşa kollektivləri ilə də qarşılaşacaq.
Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.